Rabitə və informasiya
texnologiyaları naziri Bərdədə vətəndaşları
qəbul edəcəkdir
Rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov mayın 8-də Bərdə
rayonunda (Bərdə, Ağdam, Yevlax, Tərtər, Ucar, Zərdab,
Ağcabədi, Beyləqan, Füzuli rayonlarının sakinləri
üçün) əhaliyə göstərilən
telekommunikasiya, internet, poçt, radio və televiziya
yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti,
bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə
bağlı vətəndaşları qəbul edəcəkdir.
Nazirlikdən
AzərTAc-a bildirmişlər ki, qəbula yazılmaq istəyən
vətəndaşlardan mincom@mincom.gov.az elektron poçt
ünvanı, 1655 saylı "Qaynar xətt", (012) 598 38
18 nömrəli telefon
(regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə
saxlamaları xahiş olunur.
Qəbula
gəlmək istəyən vətəndaşlar zərurət
yaranarsa, yaşadıqları ərazinin poçt və telefon
qovşaqları tərəfindən nəqliyyat vasitələri
ilə təmin olunacaqlar.
Azərbaycan.-2013.- 7 may.- S.13.