«YARAT!»
Müasir İncəsənət
Məkanı «PARTICIPATE» Baku Public Art» festivalı çərçivəsində
növbəti layihəni
təqdim etmişdir
"YARAT!" Müasir İncəsənət Məkanı "PARTICIPATE" Baku Public
Art" festivalı çərçivəsində
növbəti layihəni
təqdim etmişdir.
Festival çərçivəsində
valideyn və uşaqlar Sankt-Peterburqun
"P.T.X." yaradıcılıq studiyasının "Ecazkar
bestiariy" adlı emalatxanasında olmuşlar.
AzərTAc xəbər verir ki, Zabitlər bağında təşkil
edilən emalatxana 5-13
yaş arasında olan uşaqlar üçün nəzərdə
tutulmuşdur.
"P.T.X." yaradıcılıq studiyasının sənətkarları Yevqeniya İsayeva və Mariya Nebesnaya uşaqlara qədim bir sirr açmışlar. Bir vaxtlar, bəlkə min, bəlkə də milyon il əvvəl, bir parkın yerində böyük göl var imiş. Bu adi göl deyilmiş. Onun dibində, sirli mağaranın yanında Sehrli Balıq yaşayırmış. Sehrli olduğundan istənilən arzunu həyata keçirirmiş. Əlbəttə ki, hamısını yox, ancaq atəşli, təmiz, səmimi və gənc qəlbə malik insanların arzularını. İldə bir dəfə, yazın ən qızğın vaxtında uşaqlar sahilə gələr, kiçik kağız parçalarında öz arzularını yazıb qoyar və sözsüz ki, onlar həyata keçərmiş. O vaxtdan çox illər keçmişdir. Artıq həmin göl yoxdur. Amma haradasa yerin dərinliklərində, sirli bir mağarada Sehrli Balıq yaşayır.
Möcüzəyə və arzularının həyata keçməsinə inanan uşaqlar özləri ilə evdən gətirdikləri heç kimə lazım olmayan köhnə qəzetlərdən və jurnallardan "tikinti materialı" kimi istifadə etməklə uzaq Sankt-Peterburqdan gəlmiş məşhur "P.T.X." yaradıcı manufakturası ilə birlikdə həmin Sehrli Balığa bu vaxtadək görünməyən bir heykəl ucaltmışlar. Balacalar arzularını "tikinti materialı" olan kağızlara yazmışlar ki, bəlkə o balacaları eşidər və öz möcüzəli bacarığından istifadə edər.
Əlbəttə
ki, Sehrli Balıq uşaqların belə
çalışmalarını hiss edəcək və
onların arzuları həyata keçəcəkdir
Azərbaycan.-2013.- 7 may.- S.15.