Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın keçmiş xarici
işlər naziri, Yunanıstan parlamentinin üzvünü qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də
Yunanıstanın keçmiş xarici işlər naziri,
Yunanıstan parlamentinin üzvü xanım Teodora Bakayanisi qəbul
etmişdir.
Görüşdə
Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun siyasi,
iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi ilə bağlı məsələlərin
müzakirəsi üçün yaxşı imkan
yaratdığı vurğulandı, Azərbaycan ilə
Yunanıstan arasında əlaqələrin müxtəlif sahələrdə
inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin
beynəlxalq təşkilatlar çərçivəsində,
o cümlədən Avropa Şurasında uğurlu əməkdaşlığının
önəmi qeyd edildi.
AzərTAc
Azərbaycan.-2013.- 8 may.- S.3.