Ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyi
ilə əlaqədar elan edilmiş
beynəlxalq müsabiqənin qalibləri
mükafatlandırılmışlar
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elan edilmiş beynəlxalq yazı müsabiqəsi qaliblərinin mayın 7-də mükafatlandırılması mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, ulu öndər Heydər Əliyevin 90
illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının keçirdiyi
beynəlxalq yazı müsabiqəsinə daxil olmuş məqalələrin
qiymətləndirilməsi mərhələsi başa
çatmışdır. Fevralın 15-də elan olunmuş
müsabiqə barədə məlumat Azərbaycanın
Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və
Rumıniyadakı səfirlikləri vasitəsilə bu ölkələrin
ictimaiyyətinin diqqətinə
çatdırılmışdır. Bu müsabiqə barədə
xəbər böyük marağa səbəb olmuşdur.
Beynəlxalq
müsabiqəyə ulu öndər Heydər Əliyevin şərəfli
həyat yolu və fəaliyyətinə, Azərbaycanın
dünyanın müxtəlif ölkələri ilə dostluq
və əməkdaşlıq əlaqələrinin yaradılmasında,
inkişafında dahi şəxsiyyətin əvəzsiz xidmətlərinə
dair yazılar daxil olunmuşdur.
Əvvəlcə
ulu öndərin həyat və fəaliyyətindən bəhs
edən film təqdim edilmişdir.
Sonra Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ümummilli liderin Azərbaycan dövlətinin yenidən qurulmasındakı əvəzsiz rolundan danışmış və müsabiqənin əhəmiyyəti haqqında fikirlərini bölüşmüşdür.
Müsabiqə komissiyasının sədri, Milli Məclisin deputatı Elmira Axundova ulu öndərin şərəfli ömür yolundan danışaraq vurğulamışdır ki, bu cür tədbirlər dahi şəxsiyyətin zəngin fəaliyyətini işıqlandırmaq üçün geniş imkanlar yaradır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış etmişdir. Şöbə müdiri vurğulamışdır ki, siyasi, iqtisadi, mədəni fəaliyyətdə əvəzolunmaz şəxsiyyət olan ulu öndərin xidmətləri təkcə Azərbaycanda deyil, bütün dünyada hiss olunur. Heydər Əliyev Azərbaycan xalqının həqiqi lideridir və ölkəmiz üçün onun xidmətləri əvəzolunmazdır. Heydər Əliyevin tək Azərbaycanın deyil, bütün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzsiz xidmətləri danılmazdır.
Məhz buna görə də Heydər
Əliyev şəxsiyyəti bütün dünyanın
marağını cəlb edir. Onilliklər keçsə də,
Heydər Əliyev irsi yaşayacaqdır və bütün
dünyada yayılacaqdır.
Müsabiqənin
əhəmiyyətinə də toxunan Əli Həsənov
demişdir ki, ulu öndər Heydər Əliyevin fəaliyyətinin
dünyada dəyərləndirilməsi Azərbaycan xalqına
qürur verir.
Əli Həsənov bildirmişdir: "Liderlərin taleyi birbaşa Böyük Yaradan tərəfindən müəyyən olunur, bir xalqın, bəşəriyyətin taleyində mühüm rol oynayır. Təsadüfi deyil ki, Avrasiya regionunu əhatə edən dövlətlərin jurnalistləri Heydər Əliyevin fəaliyyətini, bu liderin xalqına və bölgə xalqlarına verdiyi dəyərləri qiymətləndirirlər. Ümummilli lider Heydər Əliyev XX əsrin sonlarında, XXI əsrin əvvəllərində Qərb ilə Şərq arasında sosial-iqtisadi, mədəni körpülərin salınması sahəsində bəşəri fəaliyyət göstərmişdir. Dahi şəxsiyyətin irsi təkcə xalqının deyil, dünya siyasətşünaslarının, jurnalistlərinin tədqiqat obyektinə çevriləcəkdir. Bu gün artıq biz bunu görürük".
Sonra
Rusiya, Türkiyə, Gürcüstan, Rumıniya, Qazaxıstan,
Ukraynadan olan qaliblərə mükafatlar və müsabiqənin
diplomları təqdim olunmuşdur.
Azərbaycan.-2013.- 8 may.- S.12.