«Fövqəladə hallar
uşaqların gözü ilə» mövzusunda yaradıcılıq
müsabiqəsinin qalibləri
mükafatlandırılmışdır
Mayın
7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət
Yanğından Mühafizə Xidmətinin Səbail Rayon
Dövlət Yanğından Mühafizə Hissəsində məktəblilər arasında
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş "Fövqəladə hallar uşaqların
gözü ilə" mövzusunda ümumrespublika uşaq
yaradıcılıq müsabiqəsinin sərgisi
açılmışdır.
AzərTAc
xəbər verir ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Mark Herevard, FHN-in müvafiq strukturlarının
rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri,
valideynlər iştirak etmişlər.
Əvvəlcə
tədbir iştirakçıları müsabiqəyə
qatılmış məktəblilərin əl işlərindən
ibarət sərgi ilə tanış olmuş, ulu öndər
Heydər Əliyevin uşaqlara olan diqqət və
qayğısını əks etdirən filmə
baxmışlar.
Məlumat
verilmişdir ki, respublikanın bütün şəhər və
rayonlarının ümumtəhsil məktəblərinin
iştirak etdikləri müsabiqəyə "Rəsm",
"Plakat", "Əl işi", "Yumşaq
oyuncaq", "Yanğın qəza-xilasetmə
texnikasının modeli", "Şeir" nominasiyaları
üzrə işlər təqdim olunmuşdur.
Müsabiqənin
məqsədi uşaqlarda təhlükəsiz həyat fəaliyyəti
mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin
diqqətinin fövqəladə hallar probleminə cəlb edilməsi,
yetişməkdə olan nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması, eləcə də istedadlı
uşaqların üzə çıxarılmasıdır.
Rayon
və şəhər müsabiqələrinin yekunları
üzrə müsabiqənin təşkilat komitəsinə
304 rəsm, 139 plakat, 128 əl işi, 94 model, 62 yumşaq
oyuncaq və 34 şeir təqdim olunmuşdur.
Müsabiqəyə
təqdim olunan işlər FHN, Təhsil Nazirliyi, Azərbaycan
Rəssamlar və Bəstəkarlar ittifaqları və Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının nümayəndələrindən
ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Müsabiqədə
iştirak edənlərdən 23 nəfəri birinci, 19 nəfəri
ikinci, 29 nəfəri üçüncü yerləri
tutmuş, 15 nəfər isə həvəsləndirici
mükafatlara layiq görülmüşdür.
Tədbirdə
çıxış edən fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov bildirmişdir ki, sərgiyə
təqdim olunan əl işlərinə baxanda Azərbaycan məktəblilərinin
nə qədər vətənpərvər olduqları
görünür. Buradakı məktəblilər arasından
Azərbaycanın böyük istedadları çıxa bilər.
Məktəbliləri
təbrik edən Kəmaləddin Heydərov
vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev
gənclərə və uşaqlara daim diqqət və
qayğı ilə yanaşmışdır.
Azərbaycanın
öz müstəqilliyini möhkəmləndirməsində
ulu öndər Heydər Əliyevin xidmətlərindən
danışan nazir demişdir ki, hazırda bu işlər
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Gənclər və
idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov
müsabiqənin uşaqların bu sahədə
istedadlarının aşkarlanması baxımından əhəmiyyətini
vurğulamış, qalibləri təbrik etmişlər.
Sonra
müsabiqədə I, II və III yerləri tutmuş
uşaqlar fəxri fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılmışlar. Həmçinin
müsabiqənin iştirakçılarına həvəsləndirici
mükafatlar verilmişdir.
Mükafatları
fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin
Heydərov, gənclər və idman naziri Azad Rəhimov, təhsil
naziri Mikayıl Cabbarov və başqaları təqdim
etmişlər.
Müsabiqədə
iştirak etmiş məktəblilərin seçilmiş
işləri kataloq şəklində nəşr
olunmuşdur.
Azərbaycan.-2013.- 8 may.- S.13.