«İnsan alverinə
qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq qərara alır:
"İnsan
alverinə qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 694)
aşağıdakı dəyişikliklər edilsin:
1.
Aşağıdakı məzmunda 14-1-ci maddə əlavə
edilsin:
"Maddə
14-1. Bərpa və fikirləşmə müddəti
14-1.1.
İnsan alverinin qurbanına öz vəziyyətini bərpa
etmək, cinayətkarların təsirindən yayınmaq və
cinayət təqibi orqanları ilə əməkdaşlıq
etmək barədə düşünülmüş qərar
qəbul etmək üçün 30 gün bərpa və
fikirləşmə müddəti verilir.
14-1.2.
Bərpa və fikirləşmə müddətində insan
alverinin qurbanı təhlükəsizlik və müdafiə
ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və
sosial vəziyyətinin bərpası üçün bu
qanunun 12-ci maddəsində nəzərdə tutulmuş
xüsusi müəssisələrin xidmətlərindən
istifadə edə bilər.
14-1.3.
Bərpa və fikirləşmə müddətində insan
alverinin qurbanına Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq
edilmir.
14-1.4.
Şəxsin insan alverinin qurbanı olmadığı müəyyənləşdirildikdə,
bərpa və fikirləşmə müddəti verilmir, bu
müddət başlandıqda isə
dayandırılır.".
2.
20-ci maddə üzrə:
2.1.
20.4-cü maddədə "tövsiyələr verilir"
sözlərindən sonra ", habelə bu mümkün
olduğu halda qəbul edən ölkədə ona yardım edə
biləcək hüquq mühafizə orqanlarının,
qeyri-hökumət təşkilatlarının, hüquq
müdafiəçilərinin və sosial təminat
qurumlarının əlaqə məlumatları təqdim
edilir" sözləri əlavə edilsin;
2.2.
aşağıdakı məzmunda 20.4-1-ci maddə əlavə
edilsin:
"20.4-1.
İnsan alverinin qurbanı olmuş əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslərin repatriasiyası üzrə aidiyyəti
dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək
və bu şəxslərin yenidən insan alverinin qurbanına
çevrilməsinin qarşısını almaq məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
insan alveri qurbanlarının repatriasiya qaydaları qəbul
edilir. Bu qaydalar, həmçinin insan alverindən zərərçəkmiş
uşaqların təhsil hüququndan faydalanma
imkanlarının və onlara zəruri qayğının
göstərilməsinin təmin olunması, ailələr və
ya müvafiq qayğı göstərən qurumlar tərəfindən
onların qəbul olunması ilə bağlı tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur.";
2.3.
20.6-cı maddə ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel
2013-cü il
Azərbaycan.-2013.- 9 may.- S.2.