Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, «4, II kitab, maddə 251, «5, maddə 323, «12, maddə 835; 2001, «1, maddə 24, «7, maddə 455; 2002, «1, maddə 9, «5, maddələr 236, 248, 258, «6, maddə 326, «8, maddə 465; 2003, «6, maddələr 276, 279, «8, maddələr 424, 425, «12, I kitab, maddə 676; 2004, «1, maddə 10, «4, maddə 200, «5, maddə 321, «8, maddə 598, «10, maddə 762, «11, maddə 900; 2005, «1, maddə 3, «6, maddə 462, «7, maddə 575, «10, maddə 904, «11, maddə 994; 2006, «2, maddələr 71, 72, 75, «5, maddə 390, «12, maddələr 1008, 1020, 1028; 2007, «2, maddə 68, «5, maddə 398, «6, maddələr 560, 562, 579, «8, maddə 757, «10, maddələr 937, 941, «11, maddələr 1049, 1080, 1090, «12, maddə 1221; 2008, «6, maddələr 454, 461, «7, maddə 602, «10, maddə 884, «12, maddələr 1047, 1049; 2009, «5, maddə 315, «7, maddə 517, «12, maddə 953; 2010, «2, maddə 70, «3, maddələr 171, 178, «4, maddələr 275, 276, «7, maddə 591; 2011, «4, maddə 253, «6, maddə 472, «7, maddələr 587, 601, 621, «11, maddə 980, «12, maddə 1093; 2012, «2, maddə 45, «3, maddələr 193, 196, «7, maddələr 666, 669, 673; «11, maddə 1068; «12, maddə 1223; Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 495-IVQD və 28 dekabr tarixli 541-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.
99-4.6-cı maddədə "144-2," rəqəmindən
sonra "144-3," rəqəmi əlavə edilsin.
2.
144-1-ci maddə üzrə:
2.1.
144-1.1-ci maddədə "şəxsin
alğı-satqısı və ya ona sahibliklə əlaqədar
digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi
məqsədilə Azərbaycan Respublikasının dövlət
sərhədindən keçirilməsi üçün və
ya eyni məqsədlə digər şəxslərə verilməsi
üçün" sözləri "zor tətbiq etmək
hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu
və ya digər məcburetmə vasitələri ilə,
oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir
imkanlarından və ya zəiflik vəziyyətindən
sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət
edən şəxsin razılığının
alınması üçün maddi və sair nemətlər,
imtiyazlar və ya güzəştlər verməklə və
ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə"
sözləri ilə əvəz edilsin;
2.2.
aşağıdakı məzmunda 144-1.2.4-1-ci maddə əlavə
edilsin:
"144-1.2.4-1.
insan alveri qurbanını Azərbaycan Respublikasının
dövlət sərhədindən keçirməklə
törədildikdə;";
2.3.
"Qeyd" hissəsinə aşağıdakı məzmunda
3-cü bənd əlavə edilsin:
"3.
Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi
ilə cəlb edilməsi, əldə edilməsi,
saxlanılması, gizlədilməsi, daşınması,
verilməsi və ya qəbul edilməsi bu Məcəllənin
144-1.1-ci maddəsində göstərilən üsullardan
istifadə olunmasa da, insan alveri hesab edilir.".
3.
144-2-ci maddə üzrə:
3.1.
144-2.1-ci maddədə "iki ilədək müddətə
islah işləri və ya eyni" sözləri "dörd
ildən səkkiz ilədək" sözləri ilə əvəz
edilsin;
3.2.
144-2.2-ci maddədə "üç ildən beş ilədək"
sözləri "yeddi ildən on ilədək" sözləri
ilə əvəz edilsin;
3.3.
144-2.3-cü maddədə "beş ildən on ilədək"
sözləri "doqquz ildən on iki ilədək"
sözləri ilə əvəz edilsin.
4.
aşağıdakı məzmunda 144-3-cü maddə əlavə
edilsin:
"Maddə
144-3. İnsan alveri məqsədi ilə sənədlərlə
qanunsuz hərəkətlər
144-3.1.
İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət
vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq
edən digər sənədinin, yaxud yol (sərhədkeçmə)
sənədinin saxtalaşdırılması -
bir
ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.2.
İnsan alveri məqsədi ilə insan alverçisini və
ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi,
pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd,
yaxud yol (sərhədkeçmə) sənədləri ilə
təmin etmə -
bir
ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.3.
İnsan alveri məqsədi ilə insan alverçisini və
ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi,
pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd,
yaxud yol (sərhədkeçmə) sənədləri ilə
təmin etmək üçün belə sənədləri əldə
etmə -
bir
ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.4.
İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin
şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini
təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə)
sənədini götürmə, saxlama, gizlətmə, zədələmə
və ya məhvetmə -
iki
ildən dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır."
5.
243.1-ci maddə üzrə:
5.1.
dispozisiyada "Zor tətbiq etməklə və ya zor tətbiq
etmək hədəsi ilə, şantajla, əmlakı məhv
etməklə və ya zədələməklə, yaxud
aldatmaqla, gəlir" sözləri "Gəlir"
sözü ilə əvəz edilsin;
5.2.
sanksiyada "beş yüz manatdan min manatadək" sözləri
"iki min beş yüz manatdan üç min beş yüz
manatadək" sözləri ilə əvəz edilsin,
"üç ilədək" sözlərindən əvvəl
isə "bir ildən" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 aprel
2013-cü il
Azərbaycan.-2013.- 9 may.- S.2.