Madrid Klubu və
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanmışdır
Mayın
8-də Bakıda keçirilən Cənubi Qafqaz Forumu çərçivəsində
forumun təşkilatçılarından olan Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Nazim İbrahimov və Madrid Klubunun
prezidenti, Niderlandın sabiq Baş naziri Vim Kok mətbuat
konfransı keçirmişlər.
AzərTAc
xəbər verir ki, Nazim İbrahimov forumun Azərbaycanın dünyaya
tanıdılması üçün çox əhəmiyyətli
olduğunu demişdir. O bildirmişdir ki, forumda sivilizasiyalararası, mədəniyyətlərarası
dialoq, dözümlülük, tolerantlıq məsələləri,
qadın hüquqları ətrafında müzakirələr
aparılmışdır. Azərbaycan bu gün dünyaya
tolerantlıq nümayiş etdirir və forumun keçirilməsi
üçün Bakı təsadüfən seçilməmişdir.
Vim
Kok ikigünlük forum çərçivəsində dini, mədəni
fərqliliklərlə bağlı müzakirələr
aparıldığını, birgə çalışmaqla
müxtəlif məsələlərin həllinə nail
olmağın mümkünlüyünü qeyd etmişdir.
Qonaq
vurğulamışdır ki, Bakıya ilk dəfə gələn
forum iştirakçıları yüksək təəssürat əldə
etmişlər, təkrar gələnlər isə
böyük inkişafın şahidi olmuşlar.
Tədbirdə Madrid Klubu və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq
protokolu imzalanmışdır.
Azərbaycan.-2013.- 9 may.- S.11.