Rabitə və informasiya
texnologiyaları naziri Bərdədə vətəndaşları
qəbul etmişdir
Mayın
8-də rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov Bərdədə bu rayondan, həmçinin Ağdam,
Yevlax, Tərtər, Ucar, Zərdab, Ağcabədi, Beyləqan
və Füzuli rayonlarından olan vətəndaşları qəbul
etmişdir.
AzərTAc
xəbər verir ki, Ə.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığı ilə keçirilən qəbulların
səmərəsindən danışaraq demişdir ki,
nazirlik bu görüşə əvvəlcədən
hazırlaşmışdır. Bildirmişdir ki, dörd ay ərzində
bu bölgədən 250-dən artıq vətəndaş
nazirliyə müraciət etmişdir. Bu gün onlardan həll
olunmamış 21 müraciətə baxılmış, həmçinin
digər sakinlər qəbul edilmişdir.
Qəbulda
vətəndaşların müraciəti dinlənilmiş,
onların telekommunikasiya, rabitə, poçt, radio və
televiziya xidmətlərinə dair sualları
cavablandırılmışdır.
Vətəndaşları
narahat edən məsələlərin bir çoxu qəbul
zamanı yerindəcə həll olunmuş, digər müraciətlər
isə həll edilməsi üçün qeydə
alınmışdır. Sakinlər göstərilən diqqət
və qayğıya görə dövlət
başçısına minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan.-2013.- 9 may.- S.13.