Müasir İncəsənət Mərkəzində
rusiyalı gənc rəssamların sərgisinin
açılışı olmuşdur
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak etmişdir
Mayın 9-da Müasir İncəsənət Mərkəzində Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisinin açılışı olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açılışda iştirak etmişdir.
Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov tədbiri giriş sözü ilə açaraq sərginin böyük maraq doğuracağına əminliyini ifadə etmişdir.
Sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edən Rusiyanın əməkdar incəsənət xadimi, Beynəlxalq Proqramlar Direktorluğunun direktoru Tatyana Şumova Bakıda olmaqdan məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisi iki ölkə arasında humanitar əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəkdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olmuşlar. Heydər Əliyev Fondu, Rusiyanın Xarici İşlər və Mədəniyyət nazirlikləri, Rusiya Mədəniyyət Fondu və Beynəlxalq Proqramlar Direktorluğunun təşkilatçılığı ilə keçirilən sərgidə Beynəlxalq Səyyar İncəsənət Akademiyasında təhsil alan 8 gənc rəssam iştirak edir. Bundan başqa, sərgidə Rusiya Rəssamlar İttifaqının üzvü, bu ölkənin əməkdar rəssamı Aleksandr Pokrovskinin də rəsm əsərləri vardır.
Layihə iştirakçıları mayın 2-dən Bakıdadırlar. Sərgidəki əsərlərin hamısı yalnız 5-6 gün ərzində ərsəyə gəlmişdir. Burada gənc rəssamların 64 əl işi vardır. Sərgi iki həftə davam edəcəkdir. Əsərlərdə əsasən Bakı Bulvarı, sahilyanı ərazi, İçərişəhər, tarixi abidələr, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu əks olunmuşdur. Rəsm əsərləri yağlı boya ilə kətan və karton üzərinə işlənmişdir. Əsərlər orijinallığı və rəng koloriti ilə diqqəti cəlb edir.
Rusiyanın əməkdar rəssamı Aleksandr POKROVSKİ demişdir:
- Bakıya ilk səfərimdir. Tam səmimi deyirəm ki, şəhərə vuruldum. Şəhərinizin xüsusi ab-havası və zəngin mədəniyyəti vardır. İnsanların qonaqpərvərliyi bizi çox valeh etdi. Sizin xalqınız sülhsevər və xeyirxahdır. Bizim gənc rəssamları şəhərin bu xüsusi ab-havası cəlb etdi. Bakı sürətlə inkişaf edir. Şəhərin qədim hissəsi ilə müasir tikililər maraqlı ansambl yaradır.
Beynəlxalq Proqramlar Direktorluğunun direktoru Tatyana ŞUMOVA bildirmişdir:
- Biz artıq 2 gündür ki, Bakıdayıq. Sanki 2 həftəyə bərabər 2 maraqlı və dolğun gün keçirmişik. Şəhəri gəzmişik, insanlarla səmimi görüşlər keçirmişik. Sizin səmimi qonaqpərvərliyiniz insanların üzündən görünür. Bakı düşündüyümdən də çox gözəldir. Burada həm müasirlik, həm də milli adətlərə bağlılıq vardır. Bu isə insanda xoş hisslər yaradır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqınızın ehtiramı hörmətə layiqdir. Sərginin çox maraqlı olacağına inanırıq.
Gənc rəssam Pyotr
LUBAYEV demişdir:
- Qonaqpərvərliyiniz bizi
valeh etdi. Şəhər sakinləri bizə
yol göstərir, maraqlı yerlər haqqında məlumat verir, çaya və yeməyə dəvət edirlər.
Bütün bunlar bizdə
çox xoş hisslər oyadır. Bakı zəngin mədəniyyətə
və maraqlı tarixə malik şəhərdir. Bu isə biz gənc rəssamları daha da ruhlandırır. Mən burada olduğum müddətdə İçərişəhərlə
bağlı rəsm əsəri yaratmışam.
İçərişəhərin qeyri-adiliyi məni
özünə cəlb
etdi.
Uzunmüddətli təhsil innovasiya proqramı olan Səyyar İncəsənət
Akademiyası Beynəlxalq
Proqramlar Direktorluğunun
layihəsidir. Layihə gənclərin mədəniyyət
və incəsənət
sahəsinə marağını
artırmaq, şəxsiyyətin
yaradıcı imkanlarını
üzə çıxarmaq
üçün kompleks
tədbirlərin həyata
keçirilməsini nəzərdə
tutur.
Ekspozisiya
ilə tanış
olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin işinə uğurlar diləmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 10 may.- S.12.