Yekaterinburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə
həsr olunmuş fotosərgi açılmışdır
Ümumrusiya
Azərbaycan Konqresi (ÜAK) "Azərbaycan" Sverdlovsk
Vilayət İctimai Təşkilatı Sverdlovsk Vilayəti
Qubernatoru Administrasiyasının köməyi ilə Sevastyanov
evində - Sverdlovsk vilayət qubernatorunun iqamətgahında Azərbaycan
xalqının ümummilli lideri, Azərbaycan dövlətçiliyinin
banisi Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş fotosərginin təqdimatını
keçirmişdir. Sərgidə Heydər Əliyev Fondu tərəfindən
təqdim olunmuş, Azərbaycan xalqının ümummilli
liderinin ötən əsrin 60-cı illərinin sonundan
başlayaraq Azərbaycanın başçısı, daha
sonra SSRİ rəhbərlərindən biri, habelə
1993-2003-cü illərdə müstəqil Azərbaycanın
Prezidenti vəzifəsində fəaliyyətinin dövrlərini
əhatə edən nadir şəkillər nümayiş
etdirilir. Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın 2010-cu ildə Yekaterinburqa səfərini əks
etdirən fotoşəkillər də yer almışdır.
"Azərbaycan"
Sverdlovsk Vilayət İctimai Təşkilatının sədri
Şahin Şıxlinski AzərTAc-a bildirmişdir ki, vilayətin
birinci vitse-qubernatoru, Sverdlovsk Vilayəti Qubernatoru
Administrasiyasının başçısı Yakov Silin sərgini
giriş nitqi ilə açaraq, fotoəsərləri təqdim
etmiş, Heydər Əliyev Fonduna təşəkkür
etmiş və əmin
olduğunu bildirmişdir ki, fotosərginin açılması
Azərbaycan ilə Sverdlovsk vilayəti arasında əməkdaşlığın
möhkəmlənməsi, işgüzar və humanitar əlaqələrin
inkişafı yolunda daha bir addım olacaqdır.
Sonra
söz Federasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin
birinci qubernatoru Eduard Rosselə verilmişdir. Heydər Əliyevlə
dostluğundan və birgə fəaliyyətindən söz
açan E.Rossel maraqlı xatirələrini bölüşərək
demişdir: "Heydər Əliyev Azərbaycan ilə Rusiya
arasında strateji tərəfdaşlığın əsasını
qoymuş, ölkələrimiz arasında dostluğun, əməkdaşlığın
və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə
böyük töhfə vermişdir. Azərbaycan ilə
Sverdlovsk vilayətini möhkəm iqtisadi, sosial və mədəni
əlaqələr birləşdirir".
Sərginin
açılışında Azərbaycanın
Yekaterinburqdakı baş konsulu Sultan Qasımov, ÜAK-ın
"Azərbaycan" Sverdlovsk Vilayət İctimai Təşkilatının
sədri Şahin Şıxlinski, ÜAK aparatının
şöbə rəisi İlqar Hacıyev, Diasporla İş
üzrə Dövlət Komitəsinin, Heydər Əliyev
Fondunun, RAGB-ın və s. nümayəndələri
çıxış etmişlər.
Sərginin
açılış mərasimində Sverdlovsk Vilayət
Qanunverici Məclisinin sədri Lyudmila Babuşkina, vilayətin
beynəlxalq və xarici iqtisadi əlaqələr naziri
Aleksandr Xarlov, dövlət, vilayət və şəhər
dumasının deputatları, Sverdlovskdakı Azərbaycan
ictimaiyyətinin və digər diasporların təmsilçiləri
iştirak etmişlər.
Tədbirdən
sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə 2010-cu ildə Yekaterinburqda
108 nömrəli gimnaziyanın nəzdində
yaradılmış Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzində "Heydər Əliyev irsinin öyrənilməsi
Mərkəzi"nin təntənəli
açılışı olmuş, Azərbaycan
xalqının ümummilli liderinin həyat və fəaliyyətindən
söz açan videoçarx nümayiş etdirilmişdir.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.- 10 may.- S.15.