Azərbaycan xalqı ümummilli
lider Heydər Əliyevin misilsiz xidmətlərini heç vaxt
unutmayacaqdır
Prezident İlham Əliyev ulu
öndər Heydər Əliyevin məzarını ziyarət
etmişdir
Mayın
10-u müasir müstəqil Azərbaycanın memarı və
qurucusu, görkəmli dövlət xadimi, xalqımızın
dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümü günüdür.
Artıq onuncu ildir ki, qədirbilən Azərbaycan xalqı,
bütün dünyada Heydər Əliyevi tanıyanlar və
sevənlər dahi şəxsiyyətin doğum
gününü onsuz qeyd edirlər.
Ulu
öndər Heydər Əliyevin 90 illik yubileyi
respublikamızın hər yerində olduğu kimi, dünya
ölkələrində də geniş qeyd olunur. Ölkəmizin
bütün bölgələrində bu əlamətdar
gün - Azərbaycan xalqının xilaskarı, müasir
müstəqil dövlətimizin banisi, ölkəmizi sarsılmaz,
dönməz yüksəliş yoluna çıxarmış əbədi
inkişaf strategiyasının müəllifi ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə
təbirlər keçirilir, bu dahi şəxsiyyətin Vətən
və dövlət qarşısındakı xidmətləri
yad olunur. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri,
diplomatik nümayəndəlikləri, eləcə də
diasporumuzun təmsilçiləri də ümummilli lider Heydər
Əliyevin yubileyi münasibətilə geniş tədbirlər
keçirərək görkəmli siyasi xadimin zəngin və
çoxşaxəli fəaliyyətini, xalqımız
qarşısındakı xidmətlərini geniş təbliğ
edirlər.
Ümummilli
liderin ad günü ərəfəsində olduğu kimi,
mayın 10-da da sübh tezdən respublika ictimaiyyətinin
nümayəndələri, ölkəmizin müxtəlif rayon
və şəhərlərindən Bakıya gəlmiş
insanlar, Azərbaycan paytaxtının qonaqları
axın-axın Fəxri xiyabana gələrək ulu öndər
Heydər Əliyevin məzarı önünə təzə
tər güllər qoyur, onun əziz xatirəsini dərin
ehtiramla yad edirdilər.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu
öndərin doğmaları, yaxınları
xalqımızın xilaskar oğlunun doğum günündə
onun məzarını ziyarət etmək üçün Fəxri
xiyabana gəldilər.
Burada
fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı
önünə əklil qoydu, onun ruhu qarşısında
baş əydi.
Azərbaycan
Respublikasının dövlət himni səsləndi.
Sonra
Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli
dövlət xadimi Əziz Əliyevin və tanınmış
həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət
edərək üzərinə gül dəstələri
qoydular.
Ümummilli
lider Heydər Əliyevin məzarının ziyarət edilməsi
mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri
Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri,
Milli Məclisin deputatları iştirak edirdilər.
AzərTAc
Azərbaycan.-2013.- 11 may.- S.1.