Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yeraltı avtomobil dayanacağının
üstündə salınan park, bağ və fəvvarələr
kompleksinin açılışında iştirak etmişdir
Mayın
10-da Bakının Füzuli küçəsi ilə
Mirzağa Əliyev küçəsi arasında inşa olunan
yeraltı avtomobil dayanacağının üstündə
salınan park, bağ və fəvvarələr kompleksinin açılışı
olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva və ailə üzvləri
açılışda iştirak etmişlər.
Yeraltı avtomobil dayanacağının üstündə müasir istirahət parkı kompleksi Bakı şəhərinin simasının daha da yeniləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Dövlət başçısı kompleksdə inşaat işlərinin gedişini daim nəzarətdə saxlamışdır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə park kompleksi haqqında məlumat verdi. Bildirildi ki, dövlət başçısının Bakıda park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, bu ərazidə xüsusi layihə əsasında müasir səviyyədə yeni istirahət kompleksi salınmışdır.
Diqqətə çatdırıldı ki, bu kompleks
şəhərin içərisində ən böyük
parkdır. Ərazisi 7 hektar olan parkın uzunluğu bir kilometr, eni
isə 150 metrdir. Parkın 20
min kvadratmetrlik sahəsinə
qranit və keramit plitələr döşənmişdir. Burada ən
müasir tələblərə
cavab verən 5 fəvvarə kompleksi quraşdırılmışdır. Parkın girişində və çıxışında
quraşdırılan fəvvarənin ətrafında
oturacaqlar qoyulmuşdur.
Bu da parkda müxtəlif
tədbirlər keçirməyə
imkan verəcəkdir.
Kompleksdə 7 yeraltı keçid
inşa olunmuşdur.
Keçidlərdə 24 eskalator quraşdırılmışdır.
Hər bir keçiddə əlillərin hərəkəti
üçün xüsusi
qurğu quraşdırılmışdır.
Bundan başqa, avtomobillərini yeraltı
dayanacaqda saxlayanların
parka rahat qalxmaları
üçün 14 lift fəaliyyət
göstərəcəkdir. Dayanacaqda piyadaların
parka çıxışı üçün də 32 keçid
vardır. Parkın işıqlandırma sistemi də müasirdir. Bunun üçün
yeni yarımstansiya quraşdırılmışdır. Kompleksin inşası zamanı Səməd Vurğun, Füzuli, Mirzağa Əliyev və Şixəli Qurbanov küçələri genişləndirilmişdir.
Parkın ətrafındakı binalarda və ərazilərdə də
əsaslı şəkildə
abadlıq və quruculuq işləri indi də davam
etdirilir. Füzuli küçəsindəki
39 nömrəli binanın
sürüşdürülmə yolu ilə köçürülmə
prosesi artıq başa çatmışdır.
Qeyd edildi ki, park kompleksinin 35 min kvadratmetrlik
ərazisinə münbit
torpaq tökülmüş,
geniş yaşıllıq
zolağı salınmış,
2 minə yaxın ağac, 10 mindən çox bəzək kolu, çoxlu gül və çiçək əkilmişdir.
Yaşıllıq zolaqları avtomatik
sistemlə suvarılır.
Parkda üç yay kafesi də fəaliyyət göstərəcəkdir.
Bütün gün ərzində açıq
olacaq yeraltı avtomobil dayanacağının
müxtəlif istiqamətlərdən beş giriş-çıxışı vardır. Buradakı naviqasiya sistemində
3500 detektordan və bir çox başqa elementlərdən
istifadə olunmuşdur.
Yeraltı avtomobil dayanacağına
və texniki xidmət otaqlarına video
sistemlə vizual nəzarət olunacaqdır.
Bu sistem çərçivəsində
297 gecə-gündüz görmə
qabiliyyətli statik kamera quraşdırılmışdır.
Yeraltı dayanacaqda avtomatik
yanğınsöndürmə və havalandırma sistemləri yaradılmışdır.
Beləliklə, yeraltı dayanacaqda
avtomobillərin təhlükəsizliyi
ən yüksək səviyyədə nəzərə
alınmışdır.
Vurğulandı ki, aparılan tikinti hesabına Şəmsi Bədəlbəyli
küçəsi 770 metr
uzadılaraq Azərbaycan
Dövlət Dram Teatrının
qarşısındakı meydana
çatdırılmışdır. Bu yol birtərəfli və üçzolaqlı
olacaqdır. Səməd Vurğun
küçəsindən Dilarə
Əliyeva küçəsinədək
olan 212 metrlik ərazi də yenidən qurulmuşdur.
Prezident İlham Əliyev kompleksdə yaradılmış
şəraitdən razılığını
bildirdi.
AzərTAc
Azərbaycan.-2013.- 11 may.- S.4.