Dahiliyin Heydər Əliyev zirvəsi

 

Azərbaycan xalqı bəşər tarixinə bir çox tarixi şəxsiyyətlər, parlaq simalar, filosoflar və mütəfəkkirlər bəxş etmişdir. Onların sivilizasiyaya verdiyi töhfələr Azərbaycan xalqının dünya xalqları arasında imicinin formalaşmasında mühüm rol oynamışdır. Adı bəşər tarixinə qızıl hərflərlə yazılan ulu öndər Heydər Əliyev dühasının Azərbaycan xalqının tarixində və taleyində oynadığı rol öz müstəsna əhəmiyyəti ilə xüsusi olaraq seçilir. Dahi Heydər Əliyev nəinki Azərbaycan xalqının, həm də bir çox dünya xalqlarının, o cümlədən türk xalqlarının müqəddəratı və taleyində mühüm və müsbət rol oynamış və beləliklə, millilikdən bəşəriliyə qədər yüksələrək dahilik zirvəsini fəth etmişdir.

Azərbaycan xalqının tarixini və mədəniyyətini dərindən bilən ümummilli lider xalqımızı dünya xalqları sırasında hər zaman ön cərgədə görmək istəmiş, müstəqilliyimiz uğrunda bütün varlığı ilə çalışmış və müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olaraq əvəzsiz və ölçüyəgəlməz tarixi xidmətlər göstərmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasına uzun müddət rəhbərlik etmişdir. Ulu öndər bunun 10 ilini müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərmişdir. Dahi Heydər Əliyev hər zaman Azərbaycan xalqını bütün varlığı ilə sevmiş, dövlətçiliyimizə, Azərbaycan Respublikasının iqtisadi, siyasi və mənəvi inkişafına misilsiz xidmətlər göstərmişdir. Ulu öndər hər zaman taleyüklü məsələləri həll edərkən xalqa arxalanmış,  güc və dəstəyi öz xalqından almışdır. Ən çətin məqamlarda və mürəkkəb tarixi vəziyyətlərdə xalq Heydər Əliyevlə, Heydər Əliyev xalqla bir yerdə olmuşdur.

1969-cu ildə respublikamıza rəhbər seçilən ulu öndər Heydər Əliyev o dövrdə doğma Azərbaycanımızın inkişafı ilə bağlı mövcud olan problemləri müəyyən edərək, onların tezliklə aradan qaldırılması yollarını araşdırmış və qısa bir zamanda mühüm qərarlar vermiş və əməli tədbirlər həyata keçirməyə başlamışdır. O zaman Azərbaycan daha çox aqrar ölkə kimi tanınırdı. Hətta aqrar sahədə belə geriliklər və problemlər var idi. Qısa müddətdən sonra Azərbaycanda aqrar sahədə görünməmiş inkişaf  vüsət almış  böyük nailiyyətlər əldə olunmuşdur. Keçmiş Sovet İttifaqı respublikaları arasında kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində geridə qalmış yerlərdən birini tutan Azərbaycan artıq qabaqcıl respublikalar sırasında yer tutmuş, bir qədər sonra isə ən öndə gedən respublikaya çevrilmişdir.

Kənd təsərrüfatının inkişafı ilə yanaşı respublikamızın sənaye qüdrətinin və gücünün yüksək səviyyəyə qaldırılması ümummilli liderin daim diqqət mərkəzində olmuşdur. Onun respublikamıza bacarıqla rəhbərlik etməsi və keçmiş SSRİ rəhbərləri yanında böyük etimad qazanması Azərbaycanın hərtərəfli inkişafında, o cümlədən ağır və yüngül sənaye sahələrinin inkişafında böyük rol oynamışdır. Azərbaycanda çoxlu yeni zavod və fabriklər açılmış, respublikamızın iqtisadi qüdrəti olduqca yüksəlmişdir.

İstər kənd təsərrüfatının, sənayenin, istərsə də elmin, təhsilin, texnikanın, mədəniyyətin və digər sosial sahələrin inkişafında ulu öndər hər zaman kadr hazırlığı və seçim məsələlərinə xüsusi önəm vermişdir.

Respublikamıza birinci rəhbərliyi dövrünün ilk vaxtlarından başlayaraq ulu öndər Heydər Əliyev Azərbaycanda yüksəkixtisaslı kadrlara olan kəskin tələbatı nəzərə alaraq keçmiş Sovetlər İttifaqının Moskva, Leninqrad, Kiyev, Minsks. kimi mərkəz şəhərlərindəki ən nüfuzlu ali məktəblərə təhsil almaq üçün xalqımızın  istedadlı oğul və qızlarını göndərmiş və sonrakı illərdə bu ənənə artıq bir hərəkata çevrilmişdir. Faktiki olaraq böyük bir ali məktəbin tələbə qəbulu sayından artıq sayda abituriyent Azərbaycandan deyil, məhz mərkəzdən maliyyələşmə hesabına keçmiş SSRİ-nin qabaqcıl  ali məktəblərində təhsil alırdı. Bu, yalnız fenomen şəxsiyyət olan Heydər Əliyevin qeyri-adi bacarığının, istedadının və siyasətinin nəticəsində mümkün idi. Bu məsələdə onun dahiliyi və uzaqgörənliyi özünü qabarıq şəkildə göstərir.

Heydər Əliyevin qeyri-adi siyasi uzaqgörənliyi, idarəçilik və təşkilatçılıq bacarığı keçmiş Sovet İttifaqı rəhbərlərinin diqqətini özünə çəkmişdi. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. İstər siyasət sahəsində, istərsə də iqtisadiyyatın təşkili və idarə olunmasında qeyri-adi bacarıq nümayiş etdirən, ciddi məsuliyyəti və fədakar əməyi ilə xüsusi olaraq seçilən ulu öndər Heydər Əliyev Böyük Sovet İttifaqının rəhbərlərindən biri kimi dünya siyasi arenasında yüksək nüfuz qazanmışdır.

Heydər Əliyev 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi qırğınlara biganə qalmamış, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını kəskinliklə tələb etmişdir. Ulu öndər eyni zamanda Dağlıq Qarabağda yaranmış dözülməz vəziyyətlə bağlı SSRİ rəhbərlərinin ikiüzlü siyasətinə, Azərbaycan xalqına qarşı xəyanətinə etirazını bildirmiş və 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etmişdir.

Tarixin taleyüklü və çətin anlarında hər bir xalqın onu düşdüyü həmin şəraitdən xilas edə biləcək ümummilli liderə kəskin ehtiyacı olur. Xoşbəxt o xalqdır ki, onun belə bir lideri var.

20-ci əsrin 90-cı illərinin əvvəllərində respublikamız siyasi, iqtisadisosial böhran içərisində idi. Məhz Azərbaycanı o zaman idarə edən qüvvələr respublikamızı bu böhran vəziyyətə sürükləmişlər. Faktiki olaraq 1993-cü ildə hökumət böhranının son dərəcə kəskinləşməsi, ölkədə vətəndaş müharibəsinin başlaması və müstəqilliyimizə qarşı edilən qəsdlər Azərbaycanı bir dövlət kimi dağılmaq təhlükəsi qarşısında qoymuşdu. Azərbaycanın düşdüyü belə bir ağır vəziyyət dünyanın hegemon dövlətlərini tam razı salırdı.

Tarixin bu ağır sınağı qarşısında çətin vəziyyətdə qalan xalq ulu öndər Heydər Əliyevi özünün yeganə xilaskarı kimi görürdü. Taleyüklü məsələlərin həll olunduğu belə ağır, mürəkkəb və çətin tarixi şəraitdə böyük siyasi təcrübəyə, müdrik uzaqgörənliyə, qətiyyətə, dönməz əqidəyə malik olan böyük şəxsiyyətin hakimiyyətə gəlməsini xalq təkidlə tələb etməyə başladı.

Ümummilli lider Heydər Əliyev respublikamızın və xalqımızın düşdüyü vəziyyətin ağır və çətinliyinin məsuliyyətini dərindən dərk edirdi. Ulu öndər Azərbaycan xalqının ona göstərdiyi bu yüksək etimadı və onun yenidən hakimiyyətə gəlməsi tələbini tarixin bu ağır məqamında cavabsız qoymadı və xalqı bu intizarda çox saxlamadı.

Məhz ulu öndərin siyasi müdrikliyi, dönməz əqidəsi, qətiyyəti və xalqın ümummilli liderə olan böyük inamı və dəstəyi Azərbaycanı parçalanmaq və müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi.

Qısa bir müddətdə ümummilli liderin xüsusi bacarığı, dönməz əqidəsi və fədakar əməyi nəticəsində Azərbaycan Respublikası düşdüyü siyasi, iqtisadisosial böhrandan uğurla çıxdı.

1993-cü ildə xalqımızın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti  seçilən ulu öndər Heydər Əliyevin adı müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi tarixə daxil olmuşdur. Ölkəmizin Əsas Qanunu olan Konstitusiyamızın qəbul edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

1994-cü ildən başlayaraq Azərbaycanın tarixən dostluq münasibətlərində olduğu dövlətlərlə, o cümlədən Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan Respublikası, Türkmənistan Respublikası ilə beynəlxalq əlaqələri yaxşılaşdı və yeni mərhələyə qədəm qoydu.

Ümummilli lider Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasiiqtisadi siyasət ölkədə sürətlə artan inflyasiyanın qarşısını aldı. Ulu öndər Heydər Əliyevin səyləri sayəsində müharibə dayandırıldı, atəşkəs elan edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti Azərbaycanın xeyrinə dəyişdi.

Heydər Əliyevin təməlini qoyduğu düzgün iqtisadi siyasət nəticəsində Azərbaycan neft-qaz hasilatı və ixracatı sahəsində dünyanın qabaqcıl ölkələri sırasına çıxmışdır. Xarici dövlətlərin nüfuzlu neft şirkətlərinin Azərbaycanla müqavilələr bağlaması və respublikamızın iqtisadiyyatına sərmayə qoyması, müasir tələblərə cavab verən neftqaz infrastrukturunun yaradılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri vasitəsilə Azərbaycan neftinin dünya bazarına çıxarılması məhz Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının tərkib hissəsi və uğurlu nəticəsidir.

Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi, zəngin təcrübəsi, qətiyyətinin və təməlini qoyduğu iqtisadi kursun nəticəsidir ki, bu gün Azərbaycanda güclü, demokratikmüasir dövlət qurulmuşdur.

Ulu öndərin yeni neft strategiyasının uğurla həyata keçməsi və iqtisadiyyatın davamlı inkişafı nəticəsində dünyanın qabaqcıl və hegemon dövlətlərinin Azərbaycanla əməkdaşlıq etməyə maraqları kəskin artmış və respublikamız beynəlxalq aləmdə ona dəstək olacaq tərəfdaşlar qazanmışdır.

Heydər Əliyevin həyata keçirdiyi düzgün daxilixarici siyasət, düşünülmüş iqtisadi strategiya Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksək zirvələrə qalxmasına səbəb olmuşdur.

Heydər Əliyevin milli maraqlara söykənən uzaqgörən xarici siyasət kursu nəticəsində təkcə dünyanın aparıcı dövlətləri ilə deyil, həm də dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər yaradılmış və Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi böyük nüfuz qazanmışdır.

Heydər Əliyevin müdrik xarici siyasətinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti qətiyyətlə həyata keçirməsinin və respublikamızın inkişafı naminə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməsinin  nəticəsidir ki, diplomatiyamız beynəlxalq aləmdə böyük uğurlar qazanmışdır. 2011-ci ildə dünyanın 155 ölkəsi Azərbaycanın namizədliyini dəstəkləyərək və etimad göstərərək respublikamızı BMT  kimi mötəbər bir təşkilatın Təhlükəsizlik Şurasına  üzv seçmişdir.

Heydər Əliyevin təməlini qoyduğu və həyata keçirdiyi düşünülmüş hərtərəfli siyasət doğma Azərbaycanımızı tolerant bir ölkə kimi dünyaya tanıtmışdır. Bu gün Azərbaycanda yaşayan müxtəlif millətlərin  nümayəndələri özlərini bir ailənin üzvü kimi hiss edirlər.

Heydər Əliyev aqrar sahədə düzgün siyasət yeridərək torpağın şəxsi mülkiyyətə verilməsini həyata keçirdibununla da ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasının əsasını qoydu.

Milli Ordumuzun formalaşması, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması bilavasitə ulu öndərin adı ilə bağlıdır. Bu gün torpaqlarımızı lazımi səviyyədə qoruyacaq güclü ordumuzun olması ilə hər bir Azərbaycan vətəndaşı qürur duyur və fəxr edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət Azərbaycan diasporunun formalaşmasına və inkişafına gətirib çıxarmışdır. Dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bu gün azərbaycançılıq ideyası ətrafında birləşməsi, Azərbaycanı öz vətəni sayması, milli mənəvi dəyərlərimizi və bütövlükdə mədəniyyətimizi yaşadıb inkişaf etdirməsi məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.

Elmin, təhsilin, texnikanın, mədəniyyətin inkişafı hər zaman ulu öndərin diqqət mərkəzində olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Milli Elmlər Akademiyası bağlanmaq təhlükəsi ilə üzləşəndə ümummilli lider Heydər Əliyev görkəmli alimlərimiz və ziyalılarımızla görüşmüş, onlarla fikir mübadiləsi aparmış,  AMEA-nın dirçəlməsi və inkişafı üçün əməli addımlar atmış və AMEA-ya milli sərvətimiz kimi dəyər vermişdir. Dahi Heydər Əliyevin elmə qayğısının nəticəsidir ki, bu gün Azərbaycan alimlərinin səsi dünyanın nüfuzlu elm mərkəzlərindən gəlir və alimlərimiz öz elmi əsərlərini mötəbər elmi nəşrlərdə dərc etdirirlər.

Ulu öndərin respublikamızda elmin inkişafı üçün atdığı ən mühüm addımlardan biri də yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiya sahəsində vahid dövlət siyasətinin düzgün müəyyən edilməsi idi. Ali Attestasiya Komissiyasının formalaşmasının və fəaliyyətinin təkmilləşməsinin əsasını qoyan ümummilli lider özünəməxsus müdriklik və uzaqgörənliklə bu təşkilatın müstəqil dövlətimizdəki rolunu dərindən və hərtərəfli dərk edərək onun statusunu yüksəltmək, elmi və elmi-pedaqoji kadrların attestasiyası işinə kənar müdaxilələrin qarşısını almaq məqsədilə 6 yanvar 1994-cü il tarixli fərmanı ilə bu qurumu bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabe etdi. Bu gün  respublikamızın tələbatına uyğun olaraq elmi dərəcələrə və adlara malik olan yüksəkixtisaslı kadrların hazırlanması elmimizə və alimlərimizə ulu öndərin qayğısı nəticəsində mümkün olmuşdur.

Ümummilli lider məktəbəqədər tərbiyə müəssisələrinin, ortaorta ixtisas məktəblərinin, ali təhsil məktəblərinin şəbəkələrinin genişləndirilməsinə və onların maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük önəm vermişdir.

Mədəniyyət və incəsənətin inkişafı ulu öndərin hər zaman diqqət mərkəzində olmuş, bu sahədə respublikamızda böyük uğurlar qazanılmışdır. Ulu öndər hər zaman tarixi abidələrin bərpasına və qorunub saxlanılmasına xüsusi önəm vermişdir.

Dahi öndər hər zaman alimlərimizin, ziyalılarımızın, mədəniyyət və incəsənət işçilərimizin xidmətlərini qiymətləndirmiş və onlarla sıx təmasda olmuşdur.

Azərbaycanda əhalinin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılması ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsi olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev başladığı siyasi və iqtisadi kursu davam etdirə biləcək bir siyasi lider kimi yalnız İlham Əliyevi görürdü. O deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasiiqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilirinkişaf etdirilir. Qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər elmi təməl üzərində həyata keçirilən uğurlu siyasətə əsaslanır. Azərbaycanın gələcəyini yalnız təbii resurslara bağlamayan ölkə rəhbərliyi neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi yönümündə məqsədyönlü və ardıcıl siyasət yürüdür. Bu siyasət iqtisadi inkişafın elmi sütunlar üzərində aparılmasını, innovasiya yeniliklərinin idarəçilikdə tətbiqini, elmlə iqtisadiyyatın üzvi vəhdətinin təmin olunmasını, informasiya texnologiyalarının inkişaf etdirilməsini, elektron hökumətin formalaşdırılmasını, ölkənin gələcək tərəqqisi naminə əsaslı elmi proqnozların irəli sürülməsini və digər məsələləri aktual tələb kimi önə çəkir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf sahəsində qazanılmış nailiyyətlər Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da yüksək səviyyədə təmin etməyə, respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və bütövlükdə respublikamızın və xalqımızın yeni inkişaf mərhələsinə qədəm qoymasına xidmət edir.  

 

 

Arif MEHDİYEV,

Azərbaycan Respublikasının

Prezidenti yanında

Ali Attestasiya Komissiyasının sədri,

AMEA-nın həqiqi üzvü

 

Azərbaycan.-2013.- 11 may.- S.6.