Konnektikut ştatı Xocalı qətliamını
rəsmən tanımışdır
ABŞ-ın Konnektikut ştatının baş assambleyası Xocalı qətliamını rəsmən tanımışdır. Ştatın qanunvericilik orqanı proklamasiyası ilə Azərbaycan Respublikasının 1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalı şəhərində törədilmiş faciə zamanı həlak olanların yaxınlarına və sağ qalanlara başsağlığı vermişdir.
Sənədin mətnində Xocalıda 600-dən çox insanın qətlə yetirildiyi, erməni hərbi birləşmələrinin törətdikləri vəhşiliklərin "Human Rights Watch" hüquq-müdafiə təşkilatı, eləcə də ABŞ-ın və digər ölkələrin KİV-ləri tərəfindən sənədlərlə əsaslandırıldığı barəsində məlumat verilmişdir. Qanunvericilər onu da vurğulamışlar ki, bir çox ölkələrin hökumətləri Ermənistan silahlı qüvvələrinin dinc əhali üzərinə hücumunu pisləmişdir.
Sənədin
layihəsi ştatın Nümayəndələr
Palatasının üzvü
Kevin Rayan və senator Endryu Meynard tərəfindən təqdim
edilmişdir.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 11 may.- S.11.