Mədəniyyət və turizm naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 17-də saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi, 148) bu şəhərdən, Şəki, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağdam rayonlarından olan vətəndaşların qəbulunu keçirəcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşlar nazirliyin mct@mct.gov.az  elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin  aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

 

 

Azərbaycan.-2013.- 11 may.- S.11.