Salam YUSRİ: «YARAT!» Müasir İncəsənət
Məkanının təşkilatçılığı ilə
Bakıda reallaşdırdığım layihənin
maraqlı cəhəti ondadır ki, musiqi sahəsində
qeyri-peşəkar adamlar təxminən bir həftədə
birgə işləmək bacarığına yiyələnirlər
"YARAT!" Müasir İncəsənət Məkanının dəvəti ilə Bakıya gəldim və ustad dərsləri keçdim. Bu dərslərin nəticəsi olaraq "Xor" layihəsinə 12 nəfər azərbaycanlı qatılmışdır.
AzərTAc xəbər verir ki, bu sözləri "YARAT!" Müasir İncəsənət Məkanının "İNDİ" layihəsi çərçivəsində keçirilən növbəti art-gecədə jurnalistlərə müsahibəsində gənc misirli musiqiçi və rəssam Salam Yusri demişdir.
Qonaq
bildirmişdir ki, "Xor" haqqında ideya Qahirədə
yaranmış, daha sonra böyük uğurla İsgəndəriyyədə,
Əmmanda, Beyrutda, Londonda, Münxendə, Berlində, Parisdə
və İstanbulda həyata keçirilmişdir. Layihənin
maraqlı cəhəti ondadır ki, musiqi sahəsində
qeyri-peşəkar adamlar təxminən bir həftə
ünsiyyətdə olurlar, birgə işləmək
bacarığına yiyələnirlər. Həmçinin
burada heç də ənənəvi başa düşülən
xor nəzərdə tutulmur. Heç kəs notla oxumur,
heç kəs klassik mənada anlaşılan musiqiçi
deyildir. Bunlar qrup şəklində işləyərək
fikir və hisslərini musiqi və improvizə vasitəsilə
ifadə etmək arzusunda olanlardır. Bakıda mayın 2-dən
başlayaraq keçirilən ustad dərsləri zamanı bir-birini
tanıyan insanlar
Azərbaycan.-2013.- 11 may.- S.11.