«YARAT!» Müasir
İncəsənət Məkanı «İNDİ» layihəsi çərçivəsində
növbəti art-gecəni təqdim etmişdir
"ÜNS"
Yaradıcılıq Səhnəsində "YARAT!"
Müasir İncəsənət Məkanının müxtəlif
incəsənət nümayəndələrini bir araya
yığmaq məqsədi güdən, təcrübi
xarakterli "İNDİ" layihəsi çərçivəsində
növbəti art-gecə keçirilmişdir.
"YARAT!"
Müasir İncəsənət Məkanı tərəfindən
təşkil olunan "İNDİ" layihəsi artıq
beynəlxalq statusa malikdir.
AzərTAc
xəbər verir ki, bu dəfə gənc misirli musiqiçi və
rəssam Salam Yusrinin işi və onun "Xor" adlı
layihəsi təqdim edilmişdir.
Müəllif
bir həftə ərzində bir-birini yalnız bu il mayın
2-dən tanıyan insanlardan ibarət möhkəm bir kollektiv
yaratmalı olmuşdur.
Layihənin
qeyri-adiliyi ondadır ki, burada musiqi alətində ifa etməyi
bacaran, yaxud da ümumiyyətlə, musiqi və vokal
bacarığı olmayan istənilən yaş və peşə
nümayəndələri iştirak etmişlər.
Çalışdıqları
sahələrdən asılı olmayaraq, "Xor" tədbir
iştirakçılarına özünü kəşf etməkdə,
səhnə utancaqlığı və qorxusu kimi hisslərə
qalib gəlməkdə, gizlin yaradıcı
bacarığını üzə çıxarmaqda kömək
etmişdir. Həmçinin "Xor" tədbir
iştirakçılarına kollektivin hissəsi
olmağı, fikir və hisslərini musiqi və improvizə
vasitəsilə ifadə etməyi öyrətmişdir.
"Xor"
ideyası Qahirədə yaranmış, daha sonra böyük
uğurla İsgəndəriyyədə, Əmmanda, Beyrutda,
Londonda, Münxendə, Berlində, Parisdə və
İstanbulda həyata keçirilmişdir. Bakıdakı layihə
mayın 2-dən başlayaraq bir həftə ərzində
keçirilən ustad dərsinin nəticəsi olmuşdur.
Layihə
"Bank Technique"in sponsorluğu
ilə həyata keçirilmişdir.
Azərbaycan.-2013.-
11 may.- S.11.