"Müvəqqəti
saxlanc anbarlarının və gömrük anbarlarının
tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən
mallarla əlaqədar əməliyyatlara, uçot və
hesabatın aparılmasına, gömrük nəzarətinin həyata
keçirilməsinə, anbar sahibinə dair Tələblər"in
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 73 Bakı şəhəri, 3 may
2013-cü il
"Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 15 sentyabr tarixli 499 nömrəli
fərmanının 1.3.7-ci yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1.
"Müvəqqəti saxlanc anbarlarının və
gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına,
orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara,
uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin
həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"
təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 73 saylı, 3 may
2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlanc
anbarlarının və gömrük anbarlarının tiplərinə,
quruluşuna, təchizatına, orada yerləşdirilən
mallarla əlaqədar əməliyyatlara, uçot və
hesabatın aparılmasına, gömrük nəzarətinin həyata
keçirilməsinə, anbar sahibinə dair Tələblər"in
tam mətni ilə www.azerbaiyan-news.az saytında tanış
ola bilərsiniz.
Azərbaycan.-2013.- 12 may.- S. 1.