«Azərbaycan Polisinin
95 illiyi (1918-2013)» Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar «Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12, I kitab, maddə 677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə 174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 11, maddələr 664, 1048, 1061) 2-ci maddəsinə "Azərbaycan Polisinin 90 illiyi" yubiley medalı;" sözlərindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
"Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" yubiley medalı;".
Maddə 2. "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan
Respublikasının yubiley
medalı haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur).
Maddə 3. "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan
Respublikasının yubiley
medalının təsviri"
təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel
2013-cü il
Azərbaycan.-2013.- 12 may.- S.1.