«Miqrasiya orqanlarında
qulluq keçmə haqqında Əsasnamə»nin
təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli
206 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının
2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli Qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
13 noyabr tarixli 739 nömrəli Fərmanına uyğun olaraq qərara
alıram:
"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 994; 2010, ¹ 7, maddə 625; 2011, ¹ 4, maddə 294; 2012, ¹ 5, maddə 425; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 mart tarixli 851 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.3-cü bənddə "63-cü maddəsinin birinci və ikinci cümlələrində," sözləri "63-cü maddəsində, 63-1.1-ci maddəsində (hər iki halda)," sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 2.4-2-ci, 2.4-3-cü bəndlər və 3-cü hissə əlavə edilsin:
"2.4-2. həmin Əsasnamənin 63-1.2-ci maddəsində (hər iki halda) "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur (bu fərmanın 3-cü hissəsi nəzərə alınmaqla);
2.4-3. həmin Əsasnamənin 63-2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;
3.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
işçilərinə baş miqrasiya xidməti
müşaviri xüsusi rütbəsinin verilməsi
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli
şəxsi və Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi ilə
razılaşdırılır.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 may
2013-cü il
Azərbaycan.-2013.- 12 may.- S.2.