«Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə
müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamənin
təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə"ni "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Miqrasiya
orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə
müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 7, maddə 624) aşağıdakı dəyişikliklər
edilsin:
1.
Adında və mətnində "müsabiqənin"
sözü "müsabiqə və müsahibənin"
sözləri ilə əvəz edilsin.
2. Həmin
fərmanla təsdiq edilmiş "Miqrasiya orqanlarına
qulluğa qəbul olunmaq üçün namizədlərlə
müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə"
üzrə:
2.1. Əsasnamənin adında, 1-ci və
14-cü bəndlərdə "müsabiqənin"
sözündən sonra "və müsahibənin"
sözləri əlavə edilsin;
2.2.
2-ci bənddə "müsabiqə" sözündən
sonra "və ya müsahibə" sözləri əlavə
edilsin;
2.3.
4-cü bənd üzrə:
2.3.1.
birinci abzasda "Müsabiqədə" sözündən
sonra "və ya müsahibədə" sözləri əlavə
edilsin;
2.3.2.
altıncı abzasda "ali təhsil haqqında" sözləri
"müvafiq təhsilə malik olduğunu təsdiq edən"
sözləri ilə əvəz edilsin;
2.4. 6-cı bənd üzrə:
2.4.1.
birinci cümlədən ", bir qayda olaraq," sözləri
çıxarılsın;
2.4.2.
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
"Kiçik
xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə
qəbul müsahibə əsasında həyata
keçirilir.";
2.5.
7-ci bənddə "ali təhsilli" sözlərindən
sonra ", müsahibəyə isə ən azı tam orta və
orta ixtisas təhsilli" sözləri əlavə edilsin;
2.6.
II hissənin adında "MÜSABİQƏ
KOMİSSİYASI" sözləri "MÜSABİQƏ VƏ
MÜSAHİBƏ KOMİSSİYALARI" sözləri ilə
əvəz edilsin;
2.7.
9-cu bənd üzrə:
2.7.1.
birinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Müsabiqə
və müsahibənin keçirilməsi, namizədlərin təyinatına
dair təkliflərin verilməsi üçün Müsabiqə
və Müsahibə komissiyaları (bundan sonra - Komissiyalar)
yaradılır.";
2.7.2.
ikinci cümlədə "Komissiyanın" sözü
"Komissiyaların" sözü ilə əvəz edilsin;
2.8.
10-cu, 11-ci bəndlərdə və 12-ci bəndin birinci və
beşinci cümlələrində "Komissiyanın"
sözü "Komissiyaların" sözü ilə əvəz
edilsin;
2.9.
III hissənin adında "MÜSABİQƏNİN"
sözündən sonra "VƏ MÜSAHİBƏNİN"
sözləri əlavə edilsin;
2.10.
13-cü bənddə "müsabiqəyə"
sözündən sonra "və müsahibəyə"
sözləri, "müsabiqənin" sözündən
sonra "və müsahibənin" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 may
2013-cü il
Azərbaycan.-2013.- 12 may.- S.2.