Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 362 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"ni "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 362 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 12, maddə 1062) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü bənddə "ulduzlar" sözündən sonra ", lentlər" sözü əlavə edilsin;

1.2. 27-ci bəndin dördüncü-onuncu abzasları müvafiq olaraq beşinci-on birinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

"lentlər;";

1.3. 29-cu bənd üzrə:

1.3.1. birinci abzasda "Poqonlara" sözü "Ali, böyük və orta xüsusi rütbəsi olan işçilərin poqonlarına" sözləri ilə əvəz edilsin;

1.3.2. üçüncü abzasda "Xüsusi rütbəsi" sözləri "Ali, böyük və orta xüsusi rütbəsi" sözləri ilə əvəz edilsin;

1.3.3. aşağıdakı məzmunda 29-1-ci və 29-2-ci bəndlər əlavə edilsin:

"29-1. Kiçik xüsusi rütbəsi olan işçilərin poqonlarına eninə sıra ilə aşağıdakı sayda qızılı rəngli lentlər yerləşdirilir:

baş miqrasiya xidməti çavuşu üçün - 4 lent;

miqrasiya xidməti çavuşu üçün - 3 lent;

kiçik miqrasiya xidməti çavuşu üçün- 2 lent.

29-2. Lent qızılı rəngli metaldan hazırlanır, üzərində aypara və səkkizguşəli ulduz həkk olunur. Arxasına, ölçüləri 1x4,7 sm olmaqla, nazik metal tutacaq lehimlənir.".

2. "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri" təsdiq edilsin (əlavə olunur).

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2013-cü il

 

Azərbaycan.-2013.- 12 may.- S.2.