Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının Dövlət Miqrasiya
Xidməti haqqında Əsasnamə»də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"ni "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 3, maddə 239; 2008, ¹ 1, maddə 4, ¹ 3, maddə
168, ¹ 8, maddə 722, ¹ 11, maddə 970; 2009, ¹ 1, maddə 11, ¹ 4,
maddə 221, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə
83, ¹ 3, maddə 193, ¹ 7, maddə 625; 2011, ¹ 2, maddə 85, ¹ 3,
maddə 178, ¹11, maddə 994; 2012, ¹ 4, maddə 287; Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 11 fevral tarixli 827 nömrəli
Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin
16.12-1-ci bəndində "müsabiqə və şəffaflıq"
sözləri "aşkarlıq şəraitində şəffaf
üsullarla müsabiqə və müsahibə" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2013-cü il
Azərbaycan.-2013.- 12 may.- S.2.