«Azərbaycan Polisinin
95 illiyi (1918-2013)» Azərbaycan Respublikasının yubiley medalı
haqqında Əsasnamə
Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Azərbaycan
Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının
yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini
nümunəvi yerinə yetirən, xidmətdə yüksək
nəticələr əldə edən daxili işlər
orqanları əməkdaşları, veteranları, habelə
cinayətkarlığa qarşı mübarizədə, ictimai
təhlükəsizliyin təmin olunmasında fəal
iştirak edən və polis orqanlarının
inkişafında xüsusi xidmətləri olan digər şəxslər
təltif edilirlər.
Maddə
2. Təltif edən orqan
"Azərbaycan
Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının
yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində
göstərilən şəxsləri Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı təltif
edir.
Maddə
3. Taxılma qaydası
"Azərbaycan
Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının
yubiley medalı döşün sol tərəfinə, Azərbaycan
Respublikasının digər orden və medalları olduqda,
"Azərbaycan Polisinin 90 illiyi (1918-2008)" Azərbaycan
Respublikasının yubiley medalından sonra taxılır.
Azərbaycan.-2013.- 12 may.- S.3.