Gənclər və idman naziri Mingəçevirdə
vətəndaşları qəbul etmişdir
Mayın 11-də gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərində vətəndaşları qəbul etmişdir.
AzərTAc
xəbər verir ki, şəhərdəki Heydər Əliyev
Mərkəzində keçirilən qəbulda Mingəçevir
şəhərindən, Ağdaş, Bərdə, Tərtər,
Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və
Ağsu rayonlarından olan vətəndaşlar iştirak
etmişdir.
Nazirə
yazılı və şifahi formada müraciət edən vətəndaşlar
daha çox təmsil etdikləri bölgələrdə idman
bölmələrinin açılması, kəndlərdə
idman zallarının və futbol meydançalarının
tikintisi, mənzil şəraitinin
yaxşılaşdırılması, güzəştli
ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə,
gənclər təşkilatlarının yaradılması və
qeydiyyata alınması, gənclərin asudə
vaxtının səmərəli təşkili
üçün gənclər mərkəzlərinin
inşası və digər məsələlərlə
bağlı olmuşdur.
Qəbul
zamanı vətəndaşları narahat edən bəzi məsələlər
yerindəcə həllini tapmış, Gənclər və
İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan
müraciətlər isə müvafiq qurumlara
çatdırılmaq üçün qeydiyyata
alınmışdır.
Qəbuldan
sonra nazir Azad Rəhimov Mingəçevir, Ağdaş, Bərdə,
Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab,
Yevlax və Ağsu rayonlarının gənclər və
idman idarələrinin rəisləri ilə də
görüşərək onlara qəbulun yekunları ilə
bağlı müvafiq tapşırıqlar vermişdir.
Azərbaycan.-2013.- 12 may.- S.3.