Azərbaycan Prezidenti İlham Əliyev Vyanada Üzeyir Hacıbəylinin abidəsini ziyarət etmişdir

 

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət etmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydular.

Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılmışdır. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılmışdır.

Dövlət başçısı və xanımı abidənin önündə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 14 may.- S.1.