Geniş tərkibdə görüş
Azərbaycan
Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri
Mayın
13-də təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının
Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Prezident Haynts Fişer ulu öndər Heydər Əliyevin Avstriyaya rəsmi səfərini xatırlatdı. O, Prezident İlham Əliyevin Avstriyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olacağını vurğuladı. Bildirildi ki, Azərbaycan ilə Avstriya arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr getdikcə möhkəmlənir. Qeyd olundu ki, hazırda onlarla Avstriya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin uğurlu olmasının göstəricisidir. Vurğulandı ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika, turizm, xidmət sektoru və digər istiqamətlər üzrə yaxşı əməkdaşlıq imkanları vardır.
Ölkələrimizin enerji sahəsində əməkdaşlığının müzakirə edildiyi görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 14 may.- S.2.