Azərbaycan Prezidenti İlham Əliyev
Avstriyanın Baş naziri Verner Fayman ilə
görüşmüşdür
Azərbaycan
Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Baş naziri Verner Fayman ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə olundu. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin bundan sonra da inkişaf etməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.
Söhbət
zamanı iqtisadi əlaqələrimizin hazırkı vəziyyəti
və perspektivlərinə dair geniş fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 14 may.- S.3.