Prezident İlham Əliyev
BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə
görüşmüşdür
Mayın
14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfəri
çərçivəsində BMT-nin Vyana ofisinin baş
direktoru Yuri Fedotov ilə görüşmüşdür.
Dövlət
başçısı BMT-nin Vyana ofisinə gəldi.
Baş
direktor Yuri Fedotov Prezident İlham Əliyevi
qarşıladı.
Görüşdə
Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının üzvü kimi bu qurumun, ümumiyyətlə,
BMT-nin həyata keçirdiyi fəaliyyətə və
ümumi proseslərə töhfə verdiyi qeyd olundu. Eyni
zamanda, BMT-nin fəaliyyətinin müxtəlif istiqamətlərini
əhatə edən tədbirlərin Azərbaycanda
keçirilməsinin önəmi vurğulandı.
Görüşdə
Azərbaycan ilə BMT-nin Vyana ofisi arasında əməkdaşlığa
dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 15 may.- S.4.