Suraxanı Rayonu İcra Hakimiyyətinin nümayəndə heyəti Riqada səfərdədir
Bakı
şəhərinin Suraxanı Rayonu İcra Hakimiyyətinin
başçısı İlqar Abbasovun rəhbərlik etdiyi
Azərbaycan nümayəndə heyəti Riqadadır. Riqa
Dumasında nümayəndə heyətinin Şərq icra
müdiriyyətinin icraçı direktoru Dmitri Pavlovla
görüşü olmuşdur. Görüş nəticəsində
Şərq icra müdiriyyəti ilə Bakı şəhərinin
Suraxanı rayonunun administrasiyası arasında əməkdaşlıq
haqqında saziş imzalanmışdır. Sazişdə mədəni
mübadilə, rayonun sahibkarları ilə əlaqə
imkanlarının öyrənilməsi nəzərdə
tutulur.
Riqa
Dumasının Mənzil və ətraf mühit departamentinin
nümayəndələri ilə görüşdə də ətraf
mühitin qorunması sahəsində iş təcrübəsinin,
ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin
inkişaf etdirilməsi və tədbirlərin həyata
keçirilməsi barədə məlumat mübadiləsi
olmuşdur. Öz növbəsində, Azərbaycan nümayəndə
heyəti Riqada ətraf mühit sahəsindəki vəziyyətlə
tanış olmuşdur.
Bu
gün Suraxanı Rayonu İcra Hakimiyyətinin
başçısı İlqar Abbasov məişət
tullantılarının emalı ilə məşğul olan
"Getlini EKO" kompleksində olmuşdur. "Getlini
EKO" məişət tullantılarından qaz və elektrik
enerjisinin əldə edilməsi üzrə texnologiya işləyib
hazırlamışdır.
Qeyd
edək ki, mayın 15-də sutəmizləmə
stansiyasına - "Riqa suyu" MMC özünüidarə
müəssisəsinə getmək
planlaşdırılır.
Nigar CƏFƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Riqa
Azərbaycan.-2013.- 15 may.- S.8.