«Azərbaycan Respublikası hökuməti
və Asiya İnkişaf
Bankı arasında Asiya İnkişaf
Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı» Anlaşma Memorandumunun təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası hökuməti və Asiya İnkişaf Bankı
arasında Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının 48-ci illik toplantısı ilə
bağlı" 2013-cü il fevralın 19-da Manila şəhərində
imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel
2013-cü il
Azərbaycan.-2013.- 16 may.- S.1.