Su Təsərrüfatı Obyektlərinin
Layihələndirilməsi üzrə Azərbaycan Dövlət
İnstitutunun əməkdaşlarına «Əməkdar
mühəndis» fəxri adının verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:
Qaziyev Yusif Cəbrayıl oğlu
Paşayev Elbrus Paşa oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2013-cü il
Azərbaycan.-2013.- 16 may.- S.1.