«Tərcümeyi-hal davam
edir: İlham Əliyev» kitabı gürcü dilində nəşr
olunmuşdur
Yazıçı-dramaturq,
Milli Məclisin deputatı Hüseynbala Mirələmovun
Moskvanın məşhur "Molodaya qvardiya" nəşriyyatında
"Görkəmli adamların həyatı" seriyası ilə
nəşr etdirdiyi "Heydər Əliyev", "İlham Əliyev" və "Zərifə Əliyeva"
kitabları dünyanın bir çox xalqlarının dillərinə
tərcümə olunaraq çap edilməkdədir.
AzərTAc
xəbər verir ki, bu günlərdə Tbilisidə də
yazıçı-dramaturqun bu seriyadan "Tərcümeyi-hal
davam edir: İlham Əliyev" kitabı gürcü dilində
nəfis tərtibatla nəşr olunmuşdur.
Kitabın
müəllifi Hüseynbala Mirələmovun arxiv sənədlərinə
və materiallarına istinad edərək həyat və fəaliyyətinin
bütün incəliklərini olduğu kimi oxucuya təqdim
etdiyi qəhrəmanı və müasir dövrün görkəmli
siyasi lideri İlham Əliyev şəxsiyyətinə
Gürcüstanda da böyük
maraq vardır.
Elə
bu səbəbdən də tərcümeyi-halı geniş
sovet və postsovet məkanının tarixi fonunda davam edən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
istər uşaqlıq, gənclik və tələbəlik,
istərsə də əmək fəaliyyətinə
başladığı illərdə siyasətçi və
dövlət xadimi, ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı kimi xarakterinin formalaşması mərhələlərinin
dolğun təsviri gürcü oxucuları tərəfindən
də rəğbətlə qarşılanmışdır.
Azərbaycan.-2013.- 16 may.- S.2.