Aida MAHMUDOVA: «Rəqəmlərlə oynayarkən» layihəsində təqdim olunan rəngarəng və müxtəlif formalı obyektlər uşaqların düşüncələrini inkişaf etdirir

 

AzərTAc xəbər verir ki, bu sözləri "PARTICIPATE" Baku Public Art" festivalı çərçivəsində respublika Uşaq Klinik Xəstəxanasında təqdim olunan layihə zamanı jurnalistlərə müsahibəsində "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova demişdir.

Bildirmişdir ki, "Rəqəmlərlə oynayarkən" əsəri "PARTICIPATE" Baku Public Art" festivalı çərçivəsində təqdim olunan altıncı, eləcə də uşaqlara həsr edilmiş ikinci layihədir. Biz Londondan rəssam Patrisio Foresteri dəvət etmişik. O, Bakıda üç həftə ərzində bir qrup gənclə birgə işlədiyi müddətdə bu ideyanı irəli sürmüşdür. "YARAT!" Müasir İncəsənət Məkanı isə bu ideyanı respublika Uşaq Klinik Xəstəxanasında reallaşdırmışdır. Burada uşaqlar, onlara təqdim olunan obyektlərdən rəqəmlər,  müxtəlif formalar düzəldə bilər, həmçinin onlarla oynaya bilərlər. Bu, çox interaktiv layihədir. Beləliklə, uşaqlar həm əqli, həm də fiziki cəhətdən inkişaf edir.

Qarşıda "YARAT!" Müasir İncəsənət Məkanının çox layihələri vardır. Mən hamını "YARAT!" Müasir İncəsənət Məkanında, həmçinin "PARTICIPATE" Baku Public Art" festivalında təqdim olunan layihələr ilə tanış olmağa dəvət edirəm.

 

 

Azərbaycan.-2013.- 16 may.- S.7.