«YARAT!» Müasir İncəsənət Məkanı
və Höte İnstitutunun birgə təşkilatçılığı
ilə «David Chipperfield Architects» şirkətinin dizayn üzrə
icraçı direktoru Bakıda mühazirə oxumuşdur
"ÜNS" Yaradıcılıq Səhnəsində "YARAT!" Müasir İncəsənət Məkanı və Almaniyanın Höte İnstitutunun birgə təşkilatçılığı ilə "David Chipperfield Architects" şirkətinin dizayn üzrə icraçı direktoru və tərəfdaşı Aleksandr Şvartsın mühazirəsi dinlənilmişdir.
"YARAT!" Müasir İncəsənət Məkanından AzərTAc-a bildirmişlər ki, mühazirə "Muzey dizaynının və muzey memarlığının gələcəyi" mövzusunu əhatə etmişdir.
Aleksandr Şvarts memarlıq sahəsində bir çox mükafatların sahibi və irimiqyaslı layihələrin, o cümlədən Berlindəki Muzey adasında yerləşən Ceyms Simon Muzeyinin, Marbaxda Ədəbiyyat Muzeyinin və Essen şəhərində Folkvanq Muzeyinin layihələrinin müəllifidir.
Uzun illərdir ki, Aleksandr Şvarts tədris fəaliyyəti
ilə məşğuldur və Münster Memarlıq Məktəbinin
dəvət olunmuş professoru kimi çalışır. O,
"David Chipperfield Architects" şirkətinin London ofisi ilə
əməkdaşlığa hələ 1996-cı ildə
başlamış və 1998-ci ildə şirkətin Berlin
ofisi ilə əməkdaşlıq əlaqələri
qurmuşdur. Hazırda
"David Chipperfield Architects" şirkətinin ofisləri
London, Berlin, Milan və Şanxay şəhərlərində
yerləşir.
Şirkət,
eyni zamanda, mədəniyyət və kommersiya fəaliyyəti
ilə məşğuldur. Onun həyata keçirdiyi layihələr
həm özəl, həm də dövlət sektorunda icra
olunmaqdadır.
Şirkətin
bu günədək reallaşdırdığı layihələrin
siyahısında muzeylər, kitabxanalar, mənzillər və
evlər, hotellər, habelə ofis binaları və ticarət
mərkəzləri yer almışdır. Şirkət
mütəxəssisləri tərəfindən işlənib
hazırlanan memarlıq layihələri əllidən artıq
müsabiqədə qalib gəlmiş, RlBA, RF AC, AlA
mükafatlarına, habelə 2007-ci ildə RlBA Stirling Prize mükafatı və müasir
memarlıq sahəsində Avropa İttifaqının xüsusi
mükafatına layiq görülmüşdür.
Azərbaycan.-2013.- 16 may.- S.7.