RAGB fəalları «Rusiya
və MDB ölkələri xalqları» milli mədəniyyət
festivalında iştirak
etmişlər
Moskva
Polad və Ərintilər İnstitutunun Mədəniyyət
evində Böyük Vətən müharibəsində Qələbənin
68-ci ildönümünə həsr edilmiş milli mədəniyyətlərin
"Rusiya və MDB ölkələri xalqları" adlı
bahar festivalı keçirilmişdir.
Rusiya
Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin
üzvü Emin Hacıyev AzərTAc-a bildirmişdir ki,
festivalda RAGB fəalları iştirak etmişlər.
Tədbirin
təşkilatçıları Tələbə Cəmiyyətləri
İttifaqı və Ümumrusiya Millətlərarası Gənclər
İttifaqının Təşkilat Komitəsidir. Festivalın
başlıca məqsədi tələbə mühitində ənənəvi
xalq mədəniyyətinin qorunub saxlanmasına və
inkişaf etdirilməsinə kömək göstərmək,
gənclər arasında tolerantlığın səviyyəsini
yüksəltməkdir. Bundan əlavə, festivalın
başlıca məqsədlərindən biri həm də
Böyük Vətən müharibəsində sovet
xalqlarının qəhrəmanlığını və
faşizm üzərində Qələbənin
ümumdünya əhəmiyyətini bədii vasitələrlə
təbliğ etmək olmuşdur.
Festival
çərçivəsində "Rusiya və MDB ölkələrinin
müxtəlif xalqlarının nümayəndələrinin
Böyük Qələbəyə töhfəsi"
mövzusunda "dəyirmi masa" keçirilmiş, milli mədəniyyət
nümunələrindən ibarət sərgi təşkil
edilmişdir. RAGB fəalları Azərbaycanın zəngin mədəniyyətini,
tarixini və müasir nailiyyətlərini nümayiş
etdirmiş, faşizm üzərində qələbədə
Bakı neftinin həlledici əhəmiyyətindən
danışmışlar. Qonaqlara RAGB-nin jurnalları paylanmışdır.
Festivala
bayram konserti ilə yekun vurulmuşdur. Konsertdə Azərbaycan tələbələri
Mahnur Səfiyeva "Zəriflik" mahnısını
ifa etmiş, Murad Abbasov balaban
sədaları altında
"Bu qoşunların keçdiyi şəhərlər
danışır" şeirini
söyləmiş, Rövşən
Elçiyev isə nağarada "Müasir Azərbaycan ritmləri"nin
virtuoz ifası ilə bütün zalda canlanma yaratmışdır.
Qeyd edək ki, "Rusiya və MDB ölkələri xalqları"
festivalı Moskvada hər il keçirilir.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.- 16 may.- S.7.