Milli mətbəximiz Özbəkistanda 11-ci xeyriyyə tədbirində

 

Təbii sərvətləri ilə zəngin olan Azərbaycan milli mənəvi və maddi mədəniyyət nümunələri ilə də diqqət çəkməkdədir. Dəfələrlə beynəlxalq festivallara  qatılan milli mətbəximiz də zəngin sərvətlər sırasında qəbul edilməkdədir.

Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidmətinin təşkilatçılığı ilə  "Xalqların adət-ənənələri və milli yeməkləri" mövzusunda keçirilən 11-ci xeyriyyə festivalında Azərbaycan mətbəxi də  iştirak edib. Adıçəkilən tədbirə səfirlər, beynəlxalq təşkilatlar və ictimaiyyətin nümayəndələri, həmçinin diasporumuzun bu ölkədəki üzvləri də qatılıblar.

Azərbaycan səfirliyi üçün ayrılmış guşə xüsusilə  fərqlənib. Belə ki, burada  dövlətimizin gerbi, bayrağı, qədim xalça nümunələri,  milli musiqi alətlərimiz və xalqımıza  məxsus məişət əşyaları nümayiş etdirilib. Qonaqlar həmçinin milli mətbəximizin  xörəklərindən dadmaqla ağızlarını dada gətiriblər.

Festival dünya xalqlarının mahnı və rəqsləri ilə sona çatıb.

 

 

Azərbaycan.-2013.- 16 may.- S.8.