Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı rayonuna səfəri

 

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, uşaq-əyləncə guşələri qurulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 17 may.- S.1.