Norveçin Kralı əlahəzrət V Haralda

 

Əlahəzrət!

 

Ölkənizin milli bayramı - Konstitusiya Günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Norveç dostluğunun daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 may 2013-cü il

 

Azərbaycan.-2013.- 17 may.- S.2.