Osloda EANA-nın illik konfransı

 

Xəbər verdiyimiz kimi, mayın 16-da Norveçin paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) "Xəbər agentlikləri və daha böyük gəlir bazası üçün strategiyalar" adlı illik konfransı keçirilmişdir.

Konfransın işində təşkilatın üzvləri, o cümlədən 2008-ci ildən alyansın tərkibinə daxil olan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) nümayəndə heyəti iştirak etmişdir. Bu il AzərTAc-ı konfransda Xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru Nadir İsmayılov və agentliyin Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov təmsil etmişlər.

Konfransı tədbirə ev sahibliyi edən Norveç Teleqraf Agentliyinin (NTB) baş redaktorubaş icraçı direktoru Pal Bjerketvedt açaraq iştirakçıları salamlamışdır. Daha sonra Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru və EANA prezidenti Peter Kropş çıxış edərək tədbirin gündəliyini təqdim etmişdir.

Birinci paneldə Reuters Xəbər Agentliyinin qlobal icraçı direktoru Steven Şvartz, NTB-nin baş redaktoru və icraçı direktoru Pal BjerketvedtNorveçin Media qrupu Schibstedin prezidentibaş icraçı direktoru Rolv Erik Ryssdal məruzə ilə çıxış etmişlər. Onlar informasiyanın ötürülməsində yeni rəqəmsal strategiyaların tətbiqi, o cümlədən bu sahədə qarşıya çıxan problemlərə toxunmuşlar.

İkinci paneldə məruzə ilə çıxış edən Almaniyanın "DPA" Xəbər Agentliyinin prezidentibaş icraçı direktoru Maykl SegbersBöyük Britaniyanın "PA" İnformasiya Agentliyinin baş icraçı direktoru Klayv Marşal dəyişən media bazarı və şaxələndirmə problemlərinə toxunmuşlar.

Üçüncü paneldə Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru cənab Peter KropşHollandiya İnformasiya Agentliyinin baş icraçı direktoru Erik van Gruijthuijsen məruzə ilə çıxış etmişlər.

Dördüncü paneldə Baltik Xəbər Agentliyinin baş icraçı direktoru Markus Nisula çıxış etmişdir.

Sonda məruzələr ətrafında müzakirələr aparılmışdır. Konfransda, həmçinin tədbirin sponsorunun təqdimatı keçirilmişdir.

Konfrans çərçivəsində AzərTAc-ın nümayəndə heyəti digər agentliklərdən olan həmkarları ilə görüşlər keçirmişlər. Görüşlərdə ikitərəfli əməkdaşlıq və əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 17 may.- S.3.