Azərbaycan Respublikasının baş prokuroru Lənkəranda
vətəndaşları qəbul etmişdir
Prezident
İlham Əliyevin göstəriş və tövsiyələrinə
müvafiq olaraq vətəndaşların qəbulu, onların
müraciətlərinə vaxtında baxılması və
haqlı tələblərinin təmin edilməsi bütün
dövlət təsisatlarının əsas vəzifələrindən
biri kimi müəyyənləşdirilmişdir.
AzərTAc
xəbər verir ki, Azərbaycan Respublikasının baş
prokuroru Zakir Qaralov mayın 17-də Lənkəran Rayon Prokurorluğunun binasında
Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarından
olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan
əvvəl baş prokuror ümummilli lider Heydər Əliyevin
Lənkəran şəhərindəki abidəsi önünə
gül dəstələri düzərək xatirəsini
ehtiramla yad etmişdir.
Baş
prokuror Zakir Qaralov Lənkəran şəhərindəki Heydər
Əliyev Mərkəzinin qarşısında şəhid ailələri,
müharibə veteranları və rayonda məskunlaşmış
məcburi köçkünlərlə görüşərək
onların problemləri ilə maraqlanmışdır.
Həmin
gün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən
320 şəhid, Qarabağ müharibəsi əlilləri və
rayonda məskunlaşmış məcburi köçkün
ailələrinə müxtəlif ərzaq məhsullarından
ibarət yardımlar edilmişdir.
Baş
Prokurorluğun məsul əməkdaşlarının, habelə
əlaqədar tabe prokurorların iştirakı ilə
keçirilən qəbulda vətəndaşların
müraciətlərində qaldırılan və bilavasitə
prokurorluq orqanlarının səlahiyyətlərinə aid
olan məsələlər üzrə onların
qanunauyğun, dərhal və operativ şəkildə həll
edilməsi üçün Baş Prokurorluğun əlaqədar
struktur qurumlarının rəhbərlərinə və tabe
rayon prokurorlarına müvafiq göstərişlər
verilmişdir.
Gün
ərzində baş prokuror tərəfindən qəbul edilən
vətəndaşların müraciətlərinin
böyük əksəriyyəti elə yerindəcə öz
həllini tapmışdır.
Vətəndaşların
ərizə və şikayətlərində
qaldırdıqları məsələlərin, o cümlədən
konkret cinayət işlərinin istintaqı və törədilmiş
cinayətlər barədə məlumatların
araşdırılması zamanı yol verilmiş qanun
pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin
axtarışı ilə əlaqədar, təsərrüfat,
əmlak, mülki xarakterli mübahisələrlə
bağlı və sosial problemlərə aid müraciətlərin
bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə
müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz
zəruri tədbirlərin görülməsi təmin
edilmişdir.
Eyni
zamanda, qeyd edilən rayonların prokurorlarının
iştirakı ilə müşavirə keçirilməklə
respublikamızın mühüm strateji əhəmiyyət kəsb
edən cənub bölgəsində ictimai-siyasi sabitliyin daha
da möhkəmləndirilməsi, cinayətkarlığa
qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin
artırılması üçün konkret
tapşırıqlar verilmiş, vətəndaşların
müraciətlərinə obyektiv baxılması və
onların qəbulu işinin düzgün təşkilinə
görə tabe prokurorların fərdi məsuliyyət
daşımaları onların diqqətinə
çatdırılmışdır.
Azərbaycan.-2013.- 18 may.- S.5.