Vergilər naziri Qubada şimal bölgəsindən
olan vətəndaşları qəbul etmişdir
Prezident
İlham Əliyevin tapşırığına əsasən,
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin həllinə köməklik
edirlər. AzərTAc xəbər verir ki, növbəti belə
qəbul Qubada
keçirilmişdir.
Vergilər
naziri Fazil Məmmədov Quba, Qusar, Xaçmaz, Şabran və
Siyəzən rayonlarından olan vətəndaşları qəbul
etmiş, onların müraciətlərini dinləmişdir.
Qəbula
gələnlər nazirə vergi sahəsində
qarşılaşdıqları problemlərlə bağlı
müraciət etmiş, bununla əlaqədar onları narahat
edən bəzi məsələlərin həllinə kömək
göstərməyi xahiş etmişlər.
Qəbulda
nazir vətəndaşların narazılığına səbəb
olan halların aradan qaldırılması, hər bir şəxsin
müraciətinin diqqətlə araşdırılması və
qaldırılan məsələlərin qanunvericiliyə
uyğun həlli barədə müvafiq strukturlara
tapşırıqlar vermişdir.
Vətəndaşların
bir sıra müraciətləri yerindəcə həll
edilmişdir. Digər məsələlərin də obyektiv şəkildə
araşdırılacağı və konkret tədbirlər
görüləcəyi bildirilmişdir. Nazirliyin səlahiyyətlərinə
aid olmayan müraciətlər isə müvafiq qurumlara
çatdırılmaq üçün qeydiyyata
alınmışdır.
Qəbula
gələn vətəndaşlar yaradılmış şəraitdən
razılıqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 18 may.- S.5.