Nəqliyyat naziri Göyçayda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.

AzərTAc xəbər verir ki, növbəti belə qəbul mayın 17-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov Göyçay, Ucar, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Zərdab, Ağsu, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir.  

Qəbulda  vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilmişdir.

Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olmuşdur.

Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapmış, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

 

Azərbaycan.-2013.- 18 may.- S.5.