Bakıda keçiriləcək İkinci
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində «Çoxmədəniyyətli
dünyada sülh şəraitində» mövzusunda müsabiqə
elan edilmişdir
Xəbər verdiyimiz kimi, bu il mayın 29-dan iyunun 1-dək Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında reallaşacaq forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər.
Bu platformanın qlobal beynəlxalq əhəmiyyəti, Azərbaycanın Şərq ilə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq, ilk dəfə forum çərçivəsində Dünya Forumu Nazirlər Konfransı keçiriləcəkdir.
Konfrans çərçivəsində "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" sessiyaları olacaqdır.
İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, forum çərçivəsində Azərbaycan Respublikası və BMT-nin Sivilizasiyalar Alyansının təşkilati dəstəyi ilə Ərəb Liqasına üzv olan ölkələr və Mərkəzi Asiya ölkələri üçün "Çoxmədəniyyətli dünyada sülh şəraitində" mövzusunda müsabiqə elan edilmişdir.
Müsabiqədə qalib gələn şəxslər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
Ətraflı məlumatı www.unaoc.org saytından əldə etmək mümkündür.
Forumun proqramına "Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?", "Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibritləşmə", "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?", "Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru", "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər - birgə irs, ümumi vəzifələr, davamlı gələcək", "Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər", "Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması", "XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması", "Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi", "Mədəniyyətlərarası dialoq: etiqad və elm", "XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması", "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu", "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu" sessiyaları daxildir.
Konfrans
çərçivəsində "Mədəniyyət və
yaradıcılıq mədəniyyətlərarası
etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası
dialoq üçün birgə əsas: mədəni irs və
turizm" sessiyaları olacaqdır.
Azərbaycan.-2013.- 18 may.- S.6.