Muzeydə açılmış Məhsəti
Gəncəvi guşəsindəki Gəncə
xalçası diqqəti daha çox cəlb edir
Xəbər
verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının
Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) foyesində orta əsr Azərbaycan
şairəsi Məhsəti Gəncəviyə həsr olunmuş
guşə açılmışdır.
MATM-dən
AzərTAc-a bildirmişlər ki, guşədə
özünün gözəlliyi, şux rəngləri ilə
Gəncə xalçası diqqəti daha çox cəlb
edir. Azərbaycanın qədim tarixi şəhərlərindən
olan Gəncə şəhəri əsrlər boyu yüksək
keyfiyyətli xalçaların hazırlandığı məkan
kimi tanınmışdır. Gəncə
xalçaçılıq məktəbi ətraf rayonların
xalçaçılıq sənətinə, xüsusən
Qazax, Tovuz, Göyçə və Zəngəzur ərazilərində
xalçaçılıq sənətinə böyük təsir
göstərmişdir.
Gəncə
xalçalarının əsas xarakterik cəhəti uzunsov
formaya malik olmasıdır. Elə guşədə
nümayiş olunan xalça da uzunsovdur. Xalçanın hər
kvadrat desimetrdə 35x35 ilmədən 40x40 ilməyə qədər
yerləşir (hər bir kvadratmetrdə 120 min ilmədən
160 min ilməyə qədər). Xovun hündürlüyü
6-8 mm-dir. Gəncə xalçaları təkcə şəhərin
özündə deyil, Qarabağlı, Borsunlu,
Şadıllı, Qaradağlı, Şəmkir və bir
sıra digər xalçaçılıq məntəqələrində
də istehsal olunurdu. "Gəncə" adı ilə
tanınan xalçalar kompozisiyasına, rəng seçiminə,
xonçaların düzümünə görə müxtəlif
cür olurlar. Bu xalçanın özünəməxsus
xüsusiyyəti var ki, bu xüsusiyyətinə görə Gəncə
xalçası digər xalçalardan fərqlənir. Ara sahəsi
diaqonal xətlər əmələ gətirən və bu xətlər
üzərində sıra ilə çevrilmiş butalar olan
xalça yalnız Gəncə xalçasına məxsusdur.
Gəncə
xalçalarına məxsus digər naxış - ara sahə
bir neçə göllə bəzədilmişdir. Bu göllər
əksər hallarda xaçabənzər və səkkizbucaqlı
formada olur. Ulduzabənzər formada olub strukturu
formalaşdıran səkkizbucaqlı göllər
"Muğan" xalçasından
götürülmüşdür. Gəncə
xalçalarında qarmağabənzər elementlərlə
"Köhnə naxış", "Muğan"
xalçaları da istehsal olunurdu.
Azərbaycan.-2013.- 18 may.- S.7.