«Azərbaycan Respublikası vətəndaşının
ümumvətəndaş, xidməti və diplomatik
pasportları nümunələrinin təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci
il 13 iyun tarixli 1052 nömrəli qərarının ləğv
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli qanununa uyğun olaraq qərara alır:
"Azərbaycan
Respublikası vətəndaşının ümumvətəndaş,
xidməti və diplomatik pasportları nümunələrinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin
1995-ci il 13 iyun tarixli 1052 nömrəli qərarı (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1995, N 11-12, maddə
205) 2013-cü il sentyabrın 1-dən ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2013-cü il
Azərbaycan.-2013.- 19 may.- S.1.