Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsinə uyğun olaraq  qərara alır:

Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, N 4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002,

N 8, maddə 463; 2005, N 2, maddə 61; 2006, N 3, maddə 225; 2010, N 4, maddə 276) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə"nin 4-cü maddəsinin "ğ" bəndi aşağıdakı redaksiyada verilsin:

"ğ) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 19 may.- S.1.