Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Konsul Nizamnaməsi»ndə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ni "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə  qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, N 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 11, maddə 687; 2004, N 7, maddə 505; 2006, N 3, maddə 223; 2010, N 11, maddə 936) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nin 38-ci maddəsindən ", onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişikliklər etmək" sözləri çıxarılsın.

Maddə 2. Bu qanun 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 19 may.- S.1.