«Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında» Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 19 may.- S.1.